BVF: ABŞ tənəzzüllə doğru gedir

Beynəlxalq Valyuta Fondunun (BVF) İqtisadi Məsləhətçi və Araşdırma Direktoru Pierre-Olivier Qourinças ABŞ iqtisadiyyatı üçün proqnozlarını paylaşıb.

İndex.az xəbər verir ki, Qourinças  açıqlamasında resessiya proqnozlaşdırmadıqlarını, lakin belə bir tənəzzül ehtimalının getdikcə artdığını bildirib:

“Son 80 ildə fəaliyyət göstərən qlobal iqtisadi sistem yenidən qurulduğu üçün biz yeni dövrə qədəm qoyuruq. Bu yeni dövr özü ilə həm dirçəliş, həm də tənəzzül gətirə bilər. ABŞ üçün isə tənəzzül ehtimalı getdikcə artır”.