Bu rayonlarda işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonu, Cəlilabad və Lənkəran şəhərinin bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İndex.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Zığ qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar dekabrın 27-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bundan başqa, Cənub RETSİ-yə daxil olan bir sıra rayonlarda təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) Göytəpə şəhər inzibati ərazi dairəsi, Muğan, Ağdaş, Privolnoye, Komanlı kəndləri, saat 10:00-dan saat 11:00-dək Lənkəran Elektrik Şəbəkəsində 1-ci və 2-ci mikrorayonlarda, Kiçik bazar, Raypo, Səttərxan, Azad Mirzəyev, Hənifə Abdullayev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.