Bu il “AzerGold” 156,5 milyon dollar dəyərində məhsul ixrac edib

Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 156,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr buraxılışında qeyd olunub.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,9 milyon ABŞ dolları və ya təxminən 41,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.