BMT: “Qəzzada partlamamış hərbi sursatların təmizlənməsi illər çəkə bilər”

İsrail ordusu aprel ayından etibarən qoşunlarının əksəriyyətini Qəzzanın cənubundan çıxarıb.

İndex.az xəbər verir ki, İsrailin hücumları nəticəsində dağıdılan Xan Yunisdəki dağıntının görüntüləri dərc edilərək bütün dünyada paylaşılıb.

Köçkün fələstinlilər öz evlərinə qayıdıb, qalanları xilas etməyə çalışarkən, başqa bir təhlükə gizlənir: partlamamış bombalar.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (UNOCHA) İsrail qoşunlarının çıxarılmasından qısa müddət sonra qiymətləndirmə araşdırması aparıb.

Araşdırma ilə bağlı yazılı açıqlamada bildirilib: “Xan Yunusda küçələr və ictimai yerlər partlamamış sursatlarla doludur və mülki əhali üçün böyük risk yaradır. Qrup əsas qovşaqlarda və məktəblərin içərisində 450 kiloqramlıq partlamamış bomba aşkar edib”.

Hərbi ekspertlərin hesablamalarına görə, İsrail ordusu müharibə başlayandan sonra on minlərlə bomba atıb.