Blinken: ABŞ Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır

“Moskvanın dəfələrlə belə planların olmadığı barədə bəyanatlarına baxmayaraq, Vaşinqton Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır”.

İndex.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Financial Times”a müsahibəsində deyib.

“Ehtimal 5%-dən 15%-ə yüksəlsə belə, bu son dərəcə ciddidir. Vaşinqton bu ehtimaldan çox narahatdır”, – deyə o qeyd edib.

Blinken Çinin bu vəziyyətdə mötədil rol oynaya biləcəyini də irəli sürüb.