Bu şirkətlərə işçi tələb olunur

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

VAKANSİYA 1

Gens Elektrik
Brend menecer

Son tarix: 15 dekabr 2021

Vəzifə öhdəlikləri:
Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək;
Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək;
Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək.
Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək
Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar qurmaq;
Satış menecerlərini təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək;
Satış analizlərini aparmaq: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək;
Bazar təhlilini aparmaq;
Məhsulların qiymət siyasətini inkişaf etdirmək;
Məhsulun bazarda mövqeyini izləmək, şirkətin imicinin tədqiqatını aparmaq;
Aylıq satış planının mağaza tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
Analitik düşünmə bacarığı;
Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq və s.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və texniki fənlər təhsili olanlara üstünlük veriləcək);
Sahə üzrə 2-3 il təcrübə;
Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir;
Rus dili, İngilis dili biliyi mütləqdir;
1C proqramında işləmə bacarığı, Ofis proqramları, Excel mütləqdir. - info@genselektrik.com
Şərtlər:
İş qrafiki: Bazar ertəsi – Şənbə 09:00-18:00
Əmək haqqı 800-1200 AZN


VAKANSİYA 2

166 Yükdaşıma və Logistika

İcra orqanları ilə iş şöbəsinin hüquqşünası

Son tarix 15 dek 2021

Əmək haqqı: 500-800 + Bonus

İş barədə məlumat:
Müxtəlif icra orqanlarında olan şirkətə borclu fiziki və hüquqi şəxslərdən borcların tələb edilməsini həyata keçirmək (kollektor kimi);
İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək (kollektor kimi);
Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək;
Müvafiq və fiziki şəxslərin əmlak və hesablarının üzərinə müvafiq məhdudiyyətlərin qoyulmasını təmin etmək;
Borcların daim təqib edilməsini həyata keçirmək;
İcraçılarla görüşlərdə iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil;
Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla);
Kompüter bilikləri: MS Word (əla), MS Excel (əla);
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Komanda ilə işləmək bacarığı;
Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilmək;
Punktual, diqqətcil və məsuliyyətli olmaq;
İcraçılarla çalışma üzrə 2-3 il iş təcrübəsi.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “İcra orqanları ilə iş şöbəsinin hüquqşünası” qeyd edərək göndərə bilərlər.



VAKANSİYA 3

Baş mühəndis
Son tarix 15 dek 2021

Namizədə dair tələblər:
Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki Tikinti mühəndisliyi, Mülki və Sənaye Tikintisi mühəndisliyi)
Kompüter bilikləri: MS Office proqramları, Autocad
Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur.
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı.
Vəzifə öhdəlikləri:
Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir.
Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir.
Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
Layihələrin plan- smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə kordinasiyasının düzgün təşkil edir;
Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər edir;
Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan qrafik əsasında həyata keçirilməsini təmin edir;
Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
Tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına rəhbərliyi həyata keçirir;
Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasına rəhbərlik edir.
Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
Tənzimləmə orqanları ilə əməkdaşlıqda iştirak edir;
Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik edir;
Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak edir;
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik edir;
Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak edir;
Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesinə rəhbərlik edir;
Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünün aparılmasına və qrafik tərtib edilməsinə rəhbərlik edir:
Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsində iştirak edir;
Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak edir;
Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim edir;
Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
Bilik və bacarıqlar:
Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını;
Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
Podrat müqavilələrin bağlanması və icrası qaydalarını, təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qayda və normaları.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “baş mühəndis" adını qeyd edərək göndərmələri xahiş olunur (info@1cc.az).

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.



VAKANSİYA 4

Gens Elektrik

Maliyyət-analitik/ Mühasib

Son tarix 15 dek 2021

İş haqqında məlumat:
Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
Smetanı hesablamaq;
Əmək haqqı ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək;
Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
DSMF, Vergi, Statistika hesabatları, həmçinin məşğulluq hesabatlarının hazırlanması;
Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək;
İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
Debitor və kreditorlarla hesablaşmalar;
Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
Xərclərin və gəlirlərin kassa kitabında uçotunu təşkil etmək;
İllik xərclərinin smetasının hazırlanması və onların analizi.
Ali təhsil : Maliyyə və Mühasibatlıq sahəsində
Dil bilikləri: Azərbaycan (yaxşı), Rus (oxu və yazı yaxşı)
Excel tədbiqi üzrə yüksək biliyə malik olmalı
Məlumat bazasının təhili
Təsərrüfat əməliyyatlarını 1C proqramında təhlil etmə bacarığı
Təhlil zamanı problemləri həll etmə bacarığı
Məntiqi düşünmə bacarığı
Düzgünlük və dəqiqlik
Namizədə olan tələblər:
İnşaat mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
Word və Excel proqramlarını bilməli;
Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
Məlumat bazasında mubadilə zamanı yaranmış səhvlərin aşkarlanması və təhlili
Programist ücün texniki tapşırıqların hazırlanması və TP-ın tədbiqinə nəzarət
Təminatlar:
Əmək haqqı 1000 – 1200 AZN
İş şərtləri:
İş vaxtı 09:00 - 18:00
İş günü Bazar ertəsi – Şənbə
Şirkət tərəfindən korporativ nömrə və telefon verilir - info@genselektrik.com


VAKANSİYA 5

Kontakt Home

Kopirayter

Son tarix 15 dek 2021

Tələblər:
Ali təhsil
Azərbaycan və Rus dilində səlis danışma və yazma qabiliyyəti;
İngilis dilindən araşdırma və səlis tərcümə etmə bacarığı;
Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
Əmək funksiyaları:
Reklam mətnlərini yazmaq ;
Radio, TV və sosial media üçün kontentlər yazmaq;
Məhsulların tanıtımı üçün icmal mətnləri yazmaq
İş şəraiti:
İş qrafiki: I-V günlər, saat 09:00-18:00.


VAKANSİYA 6

AzMühasibat

Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis

Son tarix 15 dek 2021

İş barədə məlumat:
Müştəri şirkətlərin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən dəyişikliyi ilə bağlı prosedurların yerinə yetirilməsi;
Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək kitabçalarının yazılması∙
Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, məzuniyyətləri uçota alınması
Qanunvericilikdən irəli gələn digər məsələlərin yerinə yetirilməsi.
Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər prosedurlar və s.) əvvəlicra edilmədən əvvəl yoxlanılması
Tələblər:
Ali təhsil;
Müvafiq sahəsində ən azı 3 il iş təcrübəsi;
AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
Əla səviyyədə kompüter bacarıqları
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Azərbaycan, Rus dillərini bilməli
Komandada işləmək bacarığı;
Konsaltinq şirkətləri üzrə iş təcrübəsi olması arzu olunandır.
Əmək haqqı Namizədin bilik və bacarığından asılı olaraq təyin edilir, minimal olaraq 750 manatdan başlayır.

İş vaxtı 08:30-17:30, 5 günlük iş həftəsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur (hr@azmuhasibat.az).

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT