"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Baş mühasib

Son tarix: 15 dekabr 2021

Namizədə aid tələblər:

Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);

Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;

Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

MS Office, 1C, BTP, EFP proqramlarını yüksək səviyyədə bilməli;

ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

İş haqqında məlumat:

Vergi, statistika və DSMF hesabatların hazırlanması;

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki: Həftəiçi 5 gün, saat 09:00-18:00.

Çalışma yeri: Bölgələr. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mühasib” başlığı ilə göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.



İnsan resursları üzrə menecer

Son tarix: 15 dekabr 2021

Namizədə aid tələblər:
Ali təhsili olmalı;
MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
Miqrasiya məcəlləsini bilməli;
Əlaqədar sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır.

İş haqqında məlumat:
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması;
Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;

Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.

İş qrafiki: Həftə içi 5 gün.
İş yeri: Bölgələr. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adı “İR üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT