Bu şirkətlərə işçi lazımdır - VAKANSİYALAR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

VAKANSİYA 1

AZEA Group
Təchizat meneceri

Son tarix 4 dekabr 2021

Əmək haqqı: 600 – 700 AZN (net);
İş qrafiki :Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Tələblər:
Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir);
Azərbaycan dilini (şifahi və yazılı) əla bilmək. İngilis və rus dillərini bilmək əlavə üstünlükdür;
Satinalma sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
Kompüter biliyi: MS Office (Word, Excel);
Məsuliyyətlilik, qərar vermə və problem operativ həll etmək, təçhizatı planlaşdırmaq və təşkil etmək bacarığı;
Satınalma sənədlərinin hazırlanması təcrübəsi olmalı;
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı olmalı;
Təchizat zəncirinin idarə olunması, satınalma prossesləri, habelə onların ümumi prinsiplərinə dair bilikləri olmalı.

Vəzifə öhdəlikləri:
Açılmış sifariş formalarının təhlili;
Alınan malların keyfiyyətinə nəzarət;
Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti şöbələrə sifarişlər verilməsini təmin etmək;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Bütün satınalma işləri və təchizat üzrə sifarişlərin idarə və təmin edilməsi;
Sifarişlərə uyğun olaraq mal və xidmətlərin təchizatını həyata keçirmək;
Sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla, habelə onlarla müqavilələri imzalamaq üçün danışıqlar aparmaq;
Alış sifarişlərində, müqavilələrdə düzəlişlər etmək;
Müqavilələri imzalamaqdan əvvəl müvafiq şöbələrlə birgə müqavilələri hazırlayaraq razılaşdırmaq;
Gündəlik sənədləşmə işlərini həyata keçirilməsini təmin etmək;
Məhsullar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq;
Satın-alınan məhsulun hərəkətinin və sənədləşdirilməsini izləmək və təşkil etmək.

Peşəkar və şəxsi keyfiyyətlər:
Analitik və deduktiv düşünmə qabiliyyəti;
Bazarı təhlil etmək bacarığı;
Stressə davamlılıq;
Detallara olduqca diqqətli;
İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
Dəqiqlik, kommunikasiya və komandada işləmək bacarığı;
İşgüzar danışıqları aparmaq və təchizatçılar arasında düzgün seçim etmək bacarığı;
Verilmiş tapşırıqları vaxtında icra etmək, biznes ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
Qiymət metodları və strategiyaları haqqında biliklərə sahib olmalı;
Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti.
hr@azea.az



VAKANSİYA 2

Məhkəmələrlə iş üzrə Rəhbər

Son tarix 04 dek 2021

Öhdəliklər:
10-12 nəfərlik Hüquqşünaslar komandasına rəhbərlik etmək, fəaliyyətin təkmilləşdirməsinə dair təkliflər vermək;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının (qətnamə, əmr, qərar və s.) icrasını təmin etmək və nəzarət etmək, qərarlar ilə əlaqədar olaraq vətəndaşların qəbulunu həyata keçirmək,
Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq qanunla müəyyən olunmuş müddətdə və qanunvericiliklə nəzərdə tutulmuş bütün icra hərəkətlərinin (tədbirlərinin) həyata keçirilməsini təşkil etmək və təmin etmək;
İcra işinin təşkili və aparılması ilə bağlı işlənilən reyestr və proqramlarda müəyyən edilmiş qaydada lazımi qeydlərin edilməsini təşkil etmək, təmin etmək və nəzarət etmək;
İcra məmurunun məhkəməyə verilən müxtəlif təqdimatlarının Bankın maraqlarına uyğun təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təşkil etmək;
Təminatlı işlərlə bağlı qiymətləndirmə və hərracların vaxtında keçirilməsi işini təşkil etmək və ona nəzarət etmək;
Qüvvədə olan qanunvericiliyə əsasən, Məhkəmə, İcra Şöbələri və Hərrac Mərkəzlərində bankı təmsil etmək və bankın mənafelərini müdafiə etmək;
Məhkəmələrlə iş üzrə daxil olan məktub, müraciət, şikayət, etiraz və digər sənədləri işçilər arasında bölüşdürmək, onlara baxılmasına, cavabların hazırlanmasına və digər müvafiq tədbirlərin görülməsinə nəzarət etmək;

Namizədlərə tələblər:
Ali hüquqi təhsil;
Müvafiq sahədə ən azı 3 il peşəkar təcrübə;
Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
MS Office proqramlarından istifadə etmə bacarığı;
Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
Professional etika və müsbət şəxsi keyfiyyətlər;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Hüquqi nitq və yazışma qabiliyyəti.
Əmək haqqı: 3000—5000 AZN

AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“Litigation Manager”) qeyd etməklə göndərə (litigationmanager2021@gmail.com) bilərlər.



VAKANSİYA 3

Zeytun Pharmaceuticals

Auditor

Son tarix 04 dek 2021

Tələblər:
Ali iqtisadi təhsil
3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sahəsində olması üstünlükdür)
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
1C proqram üzrə bilikləri (arzuolunandı)
Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti
Vəzifə öhdəlikləri:
Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
İadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:
İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi);
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi sığorta ilə təmin olunma;
6 günlük iş həftəsi;
Əmək haqqı: 1200-1500 AZN.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (hrdepartment@zeytunpharma.az) vakansiyanın adını qeyd edəsiniz.



VAKANSİYA 4


Aqrar İnnovasiya və Təchizat Şirkəti

Mühasib

Son tarix 04 dek 2021

Vəzifə öhdəlikləri:
Qısa Gömrük Bəyənnaməsinin ödənişinin icrası
YGB üzrə ödənişin icrası
Əməkhaqqıdan tutulmaların müəyyən olunması
Rəsmi əməkhaqqının hesablanması
Online kargüzarlıq vasitəsilə gəlmiş məktublara nəzarət olunması və cavablandırılması
Sənədlərin (borc, xərc, gəlir, ödəmələr və s.) 1C bazasına işlənməsi (icarə, kirayə, internet, rabitə və s. bənzər xidmətlər də daxil olmaqla)
Rüblük və aylıq statistika hesabatlarının təqdim olunması
ƏDV əvəzləşməsi ilə bağlı əməliyyatlar
Tender iştirak haqqının ödənilməsi
Kreditor borclara nəzarət olunması, ödənişlərin postuplenielər və ya müqavilələrə düzgün bağlanılmasına nəzarət olunması
Gələn E-Qaimələrin aylıq təkrar yoxlanılması
Göndərilmiş E-Qaimələrin 1C əsas bazası ilə uyğunluğunun yoxlanılması
ƏDV hesabatının hazırlanması
Vahid bəyannamənin təqdim olunması
ÖMV hesabatın təqdim olunması
Namizədə dair tələblər:
Ali Təhsil (Maliyyə və Mühasibat Uçotu)
Mövcud sahədə 3 il iş təcrübəsi ( konsaltinq, istehsalat şirkətlərində çalışanlara üstünlük veriləcək)
Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək
Microsoft Office proqramlarını, 1C 8.3, əsasən də Excel proqramını əla səviyyədə bilmək
Azərbaycanin Əmək məcəlləsinin ,Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş şərtləri:
Rəsmi qeydiyyat
İş saatları (həftənin 5 günü saat 08:30-dan 17:30-dək)
Ünvan: Nərimanov rəy., Çinar Park BM, Ə.Rəcəbli küç.
Ə/h: 1000-1500 azn (müsahibə nəticəsi əsasında müəyyənləşdirilir)
Maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər (hr@aisco.az).



VAKANSİYA 5

Ideovate Consulting

Mühasib (təcrübəçi)

Son tarix 04 dek 2021

İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində təhsil almış məzunlar və ya magistratura pilləsinin tələbələri bu təcrübədə iştirak edə bilər. 2 ay üçün nəzərdə tutulan bu təcrübə proqramını uğurla bitirən namizədlər sonda Şirkətimiz tərəfindən işlə təmin olunacaqlar.

Namizədə tələblər:
Ali təhsil: iqtisadiyyat, maliyyə, muhasibat uçotu və audit;
MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
Analitik düşüncə və təhlil bacarığı;
Peşəsinə yüksək motivasiya ilə yanaşma;
Fərdi və komandada işləmə bacarığı;
Səbirli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
Təcrübə proqramında nələr öyrənəcəksiniz?
İnternet Banking vasitəsi ilə əməliyyatların aparılması (yerli və xarici köçürmələrin, büdcə ödənişlərinin həyata keçirilməsi, kartların sifarişi);
Elektron qaimələrin tərtib edilməsi və göndərilməsi;
Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət(Gəlir), Vahid Bəyannamə) hazırlanması;
Statistika hesabatlarının hazırlanması;
İSB.az , e.customs.gov.az portallarında əməliyyatların aparılması;
İş barədə məlumat:
İş rejimi: Həftənin 5 günü (İstirahət günləri: Şənbə və Bazar)
Ünvan: H.Əliyev pr., 115 BMS plaza 14-cü mərtəbə (Asan xidmətin arxa girişi)
Göstərilən tələblərə uyğun namizədlər "mühasib təcrübəçi" başlığı altında CV-lərini göndərməsi xahiş olunur (hr@ideovate.az).



VAKANSİYA 6

Debet Safety

Korporativ satış üzrə mütəxəssis

Son tarix 04 dek 2021

İş barədə məlumat:
Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
Personal satış strategiyası yaratmaq və inkişaf etdirmək
Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
Müştəridən sifarişlərin qəbul olunması və sifarişlərin icra olunması
Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
Müştəri ödəmələrinin izlənilməsi
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
Namizədə tələblər:
Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir
Müştəriyönümlü satış bacarığı
Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı
Korporativ satış sahəsində minimum 3 illik iş təcrübəsi
Şəxsi müştəri bazası üstünlük kimi qiymətləndirilir
Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
MS Office proqramlarını yüksək səviyyədə bilməli
Verilənlər bazası ilə iş təcrübəsi
Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
Məsuliyyətli və güclü analitik düşünmə bacarığı
Verilənlən bazası ilə (Data Base) iş bacarığının olması
İş şəraiti:
Korporativ nömrə şirkət tərəfindən təşkil olunur,
5 günlük iş həftəsi ( 09:00 – 18:00)
AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır
CV-ləri subject: Korporativ satış üzrə mütəxəssis (hr@debet.az).

Əlaqə nömrə : 050 286 69 80



VAKANSİYA 7

Payonix

Copywriter

Son tarix 04 dek 2021

Copywriter duties include writing, editing, proofreading, and managing promo coupons, among other tasks. Interested candidates should send their CVs and portfolios by indicating the title of the position in the subject line of their message.

Copywriter Responsibilities:
Writing, editing and proofreading content.
Managing coupons content.
Brainstorm with team members to develop new ideas.
Provide editorial, creative and technical support to team members.
Copywriter Requirements:
Bachelor's degree in communications, journalism, English or related field.
3-4 years of agency experience or in a similar role.
Excellent written and verbal communication skills.
Experience in trilingual content writing (AZ/RU/EN).
Creativity and the ability to develop original content.
Ability to develop content that provokes engagement.
What do we offer?
Fix comprehensive salary
Corporate number
(hr@payonix.com)



VAKANSİYA 8

Crocus Construction

Tikinti işləri üzrə Sahə Rəisi

Son tarix 04 dek 2021

Əmək haqqı: Namizədin gözləntisi nəzərə alınacaq.

Vəzifə öhdəlikləri:
İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
Normativ sənədlərin hazırlanması (Gizli aktlar, beton işləri jurnalı və s.);
Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
Namizədə tələblər:
Təhsil - Ali təhsil (müvafiq sahədə);
5-ildən artıq müvafiz vəzifədə iş təcrübəsi;
Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
Komandanı idarə etmək bacarığı;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, elektron ünvana CV göndərə bilərlər (recruitment@seabreeze.az).



VAKANSİYA 9

General Supply

Procurement Specialist

Son tarix 04 dek 2021

Job responsibilities:
Make contacts with suppliers and clarify technical specifications.
Reviews planned orders, creates requisitions for purchased items, and manages approval process
Transmits and prioritizes approved purchase orders and supporting documents to supplier
Tracks order acknowledgement, prepares and communicates shortage and backlog reports, and provides visibility of potential interruptions to internal customers
Tracks orders and confirms system lead times, delivery dates, and costs
Reviews, updates, and maintains purchase orders until they are closed
Identifies opportunities and implements actions to achieve efficiencies
Contributes to consolidation, reduction, and rationalization of the local supplier base
Maintaine excellent communication with all stakeholders
Required Background, Skills and Knowledge:
Bachelor degree in, Business Administration and other related fields.
2-3 years of relevant work experience in oil and gas industry
Strong analytical and problem solving skills
Strong communication and conflict resolution skills
Excellent written and verbal communication skills
Fluent in Azeri, English, Russian languages. Fluent Turkish is an asset.
Practical knowledge in Supply chain management
Practical knowledge in Microsoft Office programs (Word, Excel and Outlook)
Conditions:
Schedule: Full-time work, Monday-Friday, 09:00-18:00.
The salary will depend on the knowledge and experience of the candidate.
Interested candidates (cv@gsupplyllc.com) are requested to submit their CV`s with subject “Procurement Specialist”.



VAKANSİYA 10

Gabala Hospitality Group

Baş şirniyyatçı köməkçisi

Son tarix 04 dek 2021

Vəzifə öhdəlikləri:
Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
Bütün növ şirniyyatları və un məmulatlarını standartlara uyğun hazırlamaq və Baş şirniyyatçıya hesabat vermək;
Hazırlanan şirniyyatların keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
Buraxılan qənnadı məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq üçün Baş şirniyyatçıya dəstək olmaq;
Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək;
Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
Milli və xarici mətbəxlərin qənnadı məmulatlarını bişirmək.
Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
Gündəlik sifarişlərə nəzarət etmək;
Hazırlanan şirniyyatların standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
Tabe işçilərə, xüsusilə təcrübə keçən işçilərə və köməkçilərə nəzarət etmək;
Yeni məhsul çeşidləri, qənnadı məmulatlarının, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
Dequstasiya prosesinə hazırlığı həyata keçirmək;
Tabeçiliyində olan işçilərin iş qrafikini təyin etmək;
Tabeçiliyində olan işçilərə əmək satandardları,şəxsi gigiyena və peşə istiqamətli təlimlər keçmək, bilik və bacarıqlarının yüksəldilməsini təmin etmək.
Tələb olunan bilik,bacarıq və təcrübə:

Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
Şirniyyat-qənnadı sahəsində ümumilikdə 3-5 il, idarəetmə vəzifəsində 1-3 il iş təcrübəsi
MS Office proqramlarını bilməli
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.
Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Baş şirniyyatçı köməkçisi) göstərilməklə göndərmələri xahiş olunur (cv@ghg.az). Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.



VAKANSİYA 11

Robertson & Blums

Biznes Analitikası şöbəsinə kiçik mütəsəssis

Son tarix 04 dek 2021

Namizədə olan tələblər:

Maliyyə, Mühasibat Uçotu və ya Biznesin İdarəedilməsi ixtisasları üzrə bakalavr təhsili
Azərbaycan və rus dillərini səlis bilmək. İngilis dili üstünlükdür
MS Office proqramları (xüsusilə excel) üzrə biliklər
1C 8.3 propqramı üzrə iş təcrübəsi arzuolunandır
Əsas vəzifə öhdəlikləri:
1C ERP, 1C Kompleks Avtomatlaşdırma, 1C Pərakəndə satış, 1C Mühasibat konfiqurasiyalarının şirkətlərin biznes proseslərinə uyğunlaşdırılması
Biznes proseslərlə bağlı məsləhətlərin verilməsi
Müştəri üçün spesifik biznes proseslərin analiz edilməsi və proqramlaşdırma üçün texniki tapşırığın hazırlanması
Proqrama yeni əlavə edilmiş funksinallıqların test edilərək təsdiqlənməsi
Müştəri şirkətlərin işçi heyətinə təlimlərin verilməsi
İdarəetmə uçotu və maliyyə təhili məqsədləri üçün hesabatların hazırlanması
Əməliyyatların düzgünlüyünün yoxlanılması və Maliyyə hesabatlarının əldə edilməsi
Maraqlı şəxslərdən öz CV-lərini göndərmələri xahiş olunur (hr@robertsonblums.com)

Son müraciət tarixi 12.12.2021


ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT