"AzerGold" işçi axtarır - VAKANSİYA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Layihələrin idarəolunması sektorunun baş mütəxəssisi

Son tarix 4 dekabr 2021

Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
Layihə planlama işlərinin həyata keçirilməsi;
Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
Maliyyə modellərinin hazırlanması və təhlili;
Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər saytın karyera bölməsindən https://azergold.az/karyera qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT