"Avromed Company"də iş var - VAKANSİYA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Çeşidləyici (Gəncə)

Son tarix 19 noyabr 2021
Vəzifə öhdəlikləri:

Sifariş qaiməsi əsasında anbardan dərman preparatlarını və digər tibbi ləvazımatları çeşidləyir;

Qaimədəki sifarişə əsasən dərman preparatlarının və digər tibbi ləvazımatların yararlılıq müddətini və seriyalarını çeşidləyib topladıqdan sonra nəzarətçiyə təqdim edir;

Nəzarətçinin qaimə əsasında yoxladığı sifarişin çeşidlərində və sayında problem olduqda onun tapşırıqlarını yerinə yetirir;

Rəflərdə dərman preparatlarını və digər tibbi ləvazımatların düzgün yığılmasına,müddət və seriyaların ardıcıllığı ilə düzülməsini təmin edir;

Rəfləri təmiz və səliqəli saxlayır;

Rəhbərinin göstərişlərini düzgün yerinə yetirir və istifadəsində olan inventar, avadanlıqları qoruyur, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.

Tələblər:

İş təcrübəsi: 0 – 1 il.

Riyazi təfəkkür və işin incəliklərinə diqqət;

Operativlik;

Böyük həcmli işdə işləmək bacarığı;

Komandada işləmək bacarığ;

Azərbaycan dili – mükəmməl; Rus dili – orta;

Kompyuter bacarıqları: MS Office, 1C programı;

Anbar sahəsində çalışanlara üstünlük verilir.

İş şəraiti:

İş qrafiki: 6 günlük iş həftəsi;

İş yeri: Gəncə şəh. Niyazi Əhmədov

Maraqlananlar CV-lərini 19.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun (vacancy@avromed.az) mövzu (subject, тема) hissəsində “Çeşidləyici” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT