"OBA" market işçi axtarır - VAKANSİYA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İctimaiyyətlə əlaqələr bölməsinin müdiri

Namizədə tələblər:

Təhsil: Ali təhsil

Kompüter bilikləri: MS Office

Dil bilikləri: Rus dili və ingilis dili yüksək səviyyədə

Yaş:45 yaşa qədər;

İctimaiyyətlə Əlaqələr sahəsində minimum 2 il iş təcrübəsi

Yüksək səviyyədə media və jurnalistika bilikləri

Vəzifə öhdəlikləri:

Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması, yeni təklif və təşəbbüslərlə çıxış etmək;

PR kampaniyalarına dair təklif planının tərtibi , keçirilən kampaniyaların nəticələrinin təhlil edilməsi və rəhbərliyə təqdimatın edilməsi;

İctimaiyyətlə əlaqələr şöbəsi üçün aylıq və illik büdcə planının hazırlanması və büdcə hesabatlarının aparılması;

Müxtəlif reklam agentllikləri, televiziya və yayım şirkətləri, kütləvi informasiya agentlikləri, tanınmış şəxslərlər birgə əməkdaşlıq mövzusunda görüşlərin keçirilməsi və biznes əlaqələrinin qurulması

Press-relizlər, məqalələr, reklam mətnləri yazılmasına , press-kitlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlanmasına nəzarət etmək və bununla bağlı ictimaiyyətlə əlaqələr heyətinə tapşırıqlar vermək;

Mətbuatla və əsas biznes tərəfdaşları ilə münasibətlər qurmaq və inkişaf etdirmək;

Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;

Ehtiyac yarandıqda rəhbərliyin icazəsi ilə media və ictimaiyyət qarşısında çıxış etmək;

Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək

Tərəfdaş dövlət və özəl qurumlarla birgə layihələrin və digər ictimai tədbirlərin təşkili və icrasını həyata keçirmək;

Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək.

Təminatlar:

Nahar şirkət tərəfindən verilir;

Korporativ nömrə ilə təmin edilmə;

Servis şirkət tərəfindən təmin edilir;

Beşgünlük iş qrafiki; iş saatları 09:00 – 18:00;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr bölməsinin müdiri" yazaraq göndərmələri xahiş olunur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT