Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzi açılacaq

“Hazırda Azərbaycandan Yaponiyaya fındıq, şərab və zeytun yağlar ixrac edirik”.

İndex.az xəbər verir ki, bunu Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkətinin prezidenti Taro Savada San Bakıda keçirilən Azərbaycan-Yaponiya İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının satışı Yaponiyanın "E.commerce" saytı vasitəsilə həyata keçirilir.

“Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Tokioda Azərbaycanın satış mərkəzini açmağı planlaşdırırıq", - o qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan