"Azərlotereya" işçi axtarır - VAKANSİYA

Vəzifənin adı: Əmək haqqı üzrə mütəxəssis

Hesabat verir: İR üzrə Menecerə

Əsas öhdəliklər:

• Bütün əməkhaqqı əməliyyatlarının dəqiq və vaxtında yerinə yetirilməsini təmin etmək üçün iş axınını idarə etmək;
• İşçilərin əməkhaqqı hesablamalarının qanun və qaydalara uyğun olmasını təmin etmək;
• Təsdiq edilmiş vaxt cədvəllərini nəzərdən keçirmək və düzgünlüyünü təmin etmək;
• İşəgötürən tərəfindən ödənilən müavinətlərin düzgün şəkildə vergiyə cəlb olunduğuna əmin olmaq;
• Düzgün hesablanmanı və uyğunluğu təmin etmək;
• Əlavə istirahət günləri ilə bağlı ərizələri toplamaq, işçilərin yığılmış əlavə gün balansına nəzarət etmək;
• Xəstəlik məzuniyyətlərini, işsizlik və işçilərin kompensasiyalarını, həmçinin sosial təminat ödənişlərini hesablamaq;
• Bütün tutulmalı məbləğləri, nağd avansları və digər xüsusi əməkhaqqı ayırmalarını izləmək və çıxmaq;
• Əmrləri, protokolları hazırlamaq, sənədləri toplamaq və DSMF-yə göndərmək;
• İşçilərin müraciətləri əsasında əməkhaqqı ilə bağlı məktubları hazırlamaq;
• Yeni əməkhaqqı kartlarını sifariş etmək/paylamaq və ləğv etmək;
• İşçilərin əməkhaqqı ilə bağlı sorğularına vaxtında cavab vermək;
• Əməkhaqqı ilə əlaqədar problemləri və ya sualları araşdırmaq, təhlil etmək və həll etmək;
• Yenicə verilmiş Əməkhaqqı ilə bağlı Xırda pullara dair hesabatları hazırlamaq;
• Xidməti müqavilə ilə çalışan işçilər üçün xidmət haqqını hesablamaq. EGOV sistemi vasitəsilə işçilərin işə götürülməsini təmin etmək;
• Şirkətin siyasətinə uyğun olaraq şəxsi qovluqları hazırlamaq;
• Maaş və məzuniyyətin hesablanması, əmr və hökumət hesabatlarının hazırlanması (Pensiya Fondu, Statistika, VERGİ hesabatı-aylıq, rüblük, illik) daxil olmaqla əməkhaqqının idarə edilməsi (yerli və əcnəbi işçilər);
• Dövlət Miqrasiya Xidməti üçün sənədlərin hazırlanması daxil olmaqla miqrasiya məsələlərinin monitorinqini aparmaq və dəstək göstərmək. Viza məsələlərində dəstək göstərmək;
• Şirkətin kompensasiya və müavinət siyasətlərini tətbiq etmək;
• Həyat sığortası şirkəti ilə icbari həyat sığortası və digər əlaqəli proqramlarla bağlı işçilərin mövcud məlumatlarını, yeni işə götürülənlər və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hesabatın işlənib hazırlanması və yenilənməsi üzərində çalışmaq.

Tələblər:

• İqtisadiyyat və ya maliyyə və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
• Əməkhaqqı vəzifələrində minimum 1 il iş təcrübəsi;
• Əmək və Vergi qanunvericiliyini yaxşı bilmək;
• Ofis proqramları üzrə güclü kompüter bacarığı;
• Məxfi materiallarla həssas davranmaq bacarığı;
• Qərar qəbuletmə, problemi həlletmə və analitik bacarıqlar;
• Ünsiyyət qurma, təşkilati, çoxlu sayda tapşırıqları yerinə yetirmə və prioritetləşdirmə bacarığı.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Əmək haqqı üzrə Mütəxəssis" yazmaqla hr@azerlotereya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan