Bu şirkətlərə işçi lazımdır - VAKANSİYALAR

VAKANSİYA 1

Vakansiya: Satış Təmsilçisi
Şirkət: “Faktor Qrup -S” QSC
İş yeri: BAKU CİTY RESİDENCE KHATAI və KOROGLU satış ofisi
Əlaqə: ramila.ahmadova@factor-group.az, e.yagubov@bcr.az, r.meherremov@bcr.az
İş barədə məlumat:

- Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
- Yeni müştəriləri şirkətə cəlb etmək ( -Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq)
- Müştərilərə şirkətin bundan öncə inşa etdiyi və hazırda inşa etməkdə olduğu layihələr barəsində məlumatın verilməsi
- Müştərilərilərə təklif olunan yaşayış və qeyri yaşayış sahələrinin planı, keyfiyyəti, və digər fərqləndirici xüsusiyyətləri haqqında və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi
- Satışın həyata keçirilməsi
- Qoyulan satış planının icra edilməsi
- Aktiv media marketinq kampaniyalarının təşkili
- SMM təhlillərinin aparılması
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: Həftə içi 6 gün 10:00-dan 19:00-dək
- Əmək haqqı: 800 AZN (Nett)
- Əlavə bonuslar nəzərdə tutulur

Namizədə tələblər:

- Ali təhsilli
- Tələb olunan vakansiyaya uyğun iş təcrübəsinə malik (minimum 1 ildən 3 ilə qədər) təcrübə mütləqdir.
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq, sərbəst), ingilis dili (arzu olunandır)
- Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı

Qeyd: Xahiş edirik yalnız şəkilli CV-lərinizi yuxarıda qeyd olunan mail adreslərinə göndərəsiniz.

Üstünlük bəy namizədlərə verilir.



VAKANSİYA 2

Zeta Group The Entertainer mağazalarında (28 Mall, Port Baku, Gənclik Mall) “Satış təmsilçisi” vakansiyasını elan edir.

Namizədə tələblər:

• Yaş: 20-30
• Təhsil: Orta/Orta ixtisas
• İş təcrübəsi: Satış sferasında +1 il
• Dil bilikləri: Azərbaycan, Rus

Şəxsi keyfiyyətlər:

• Kollektivlə işləmə
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
• Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
• Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
• Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.).
• Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
• Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq;
• Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək;

İş şərtləri:

• İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi
• İş günü: 6günlük, həftədə 1gün istirahət
• Şirkət tərəfindən Uniforma verilir
• Əmək haqqı 450AZN+satışdan bonuslar
• İş qrafiki: 9:00-dən - 18:00-dək,13:00-dən - 21:00-dək

Maraqlanan şəxslər öz CV formalarını hrm_assistant@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.



VAKANSİYA 3

Baku Electronics LTD

Məlumat xidməti mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Kredit götürmək məqsədilə müraciət edən müştəriləri qəbul etmək və mövcud şərtlər barədə məlumat vermək,
• Müştərilərə kreditlə məhsul satışının tələb və şərtləri haqqında məlumat vermək,
• Müştərilərə sıra nömrələri təqdim etmək,
• Daxili qaydalara uyğun olaraq loyallıq kartları təqdim etmək,
• Həvalə olunmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

Tələblər:

• Ali təhsil,
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi,
• Dil bilikləri: Səlis azərbaycan və danışıq səviyyəsində rus dili biliyi,
• MS Office proqramlarından istifadə,
• Stresə davamlı, məsulliyyətli, işində dəqiq olmalı.

Əmək haqqı: 300 azn + bonus

Vakansiyaya müraciət üçün CV-nizi “Məlumat xidməti mütəxəssisi” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.



VAKANSİYA 4

Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Təchizat sektorunun mütəxəssisi

• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
• Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
• Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
• Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramlarıni bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil.
• Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.



VAKANSİYA 5

Retailor LLC

Auditor

Tələblər:

1. Təhsil - Ali və orta.
2. Bacarıqlar – dəqiqlik, riyazi hesablamanı bilmə, məsuliyyətli və disiplinli.
3. Yaş – 22-35

Üstünlük verilir: Audit və market sahəsində çalışan şəxslərə

İş qrafiki və əmək haqqı:

1. 1-6 saat 09:00 - 16:00
2. Əmək haqqı 300 - 500

İşin məzmunu:

1. Təhkim olunmuş ərazi üzrə super market, mini market və hiper marketlərdə sifarişçinin tələbi üzrə, Retailor sistemində yaradılmış suallarda olan brandlər üzrə, əsas kateqoriyada olan vitrin paylarının metrə (sm) və sayım vasitəsi ilə qeydiyyatının aparılması və foto şəkillərinin sisteme daxil edilməsi.
2. Market daxilində olan əlavə sərgilənmə, reklam materialları və sistemdə yaradılmış digər sualların market daxilində cavablandırılması və foto şəkillərinin sistemə daxil edilməsi.

E-mail: ulviyya.gurbanzade@retailor.az



VAKANSİYA 6

Əmək qanunvericiliyini mükəmməl bilən, kadr sənədləşməsinə maraq göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən namizədlərin diqqətinə:

25 illik təcrübəyə malik olan BSC konsalting öz komandasına aşağıdakı tələblərə uyğun namizəd axtarır. Özünə güvənən, sözün əsil mənasında əmək qanunvericiliyi sahəsində konsultant(məsləhətçi) olmaq istəyən şəxsləri sıralarımızda görməkdən məmnun olarıq.

Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)

Vəzifə və öhdəlikləri

∙ Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
∙ Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
∙ İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
∙ İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
∙ Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.
∙ İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;
∙ İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi.
∙ Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
∙ Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.

O cümlədən,

∙ Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;
∙ Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
∙ Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri zamanı məsələrin həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;

Tələb olunan xüsusiyyətlər

∙ Ali təhsil;
∙ İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
∙ AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
∙ Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
∙ Əla səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
∙ 1C proqramında işləmək bacarığı.
∙ Güclü ünsiyyət və danışıq qabiliyyəti;
∙ Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır.
∙ Komandada işləmək bacarığı;
∙ Təzyiq altında və dəyişkən iş qrafik ilə işləmək bacarığı.

Həftə içi 6 gün, 6-cı günlər 09:00-13:00

Əmək Haqqı : 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini hr@bsc-group.az elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.



VAKANSİYA 7

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.

Şirkətimizdə hal-hazırda mövcud olan vakansiya “böyük mühasib” vakansiyasıdır.

Vəzifə təlimatları:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Elektron hökumət portalı və internet bankingdə işləməyi bacarmalı;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Gömrük bəyənnamələri ilə bağlı uçotun aparılması
• Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C proqramında 2-3 il iş təcrübəsi
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş günləri : həftədə 6 gün.
Yaş həddi: 25-35
Əmək haqqı: 1500-1600 AZN
Tikinti sektorundə işləyən və müvafiq sahə üzrə 3 il təcrübəsi olanlara üstünlük verilir.

CV-lərinizi hr@melissagroup.az ünvanına "böyük mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.



VAKANSİYA 8

Lazzoni mebel mağazaları üçün müdir tələb olunur.

İş barədə məlumat:

- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
- Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi
- Müştərinin ehtiyaclarını və gözləntilərini analiz edib onun istəklərinə uyğun həll yolları tapmalıdır
- şərtsiz müştəri məmnuniyyətini ön planda tutaraq. İşlədiyi mağazanın satış hədəflərini gərcəkləşdirməlidir
- Layihələndirilmiş satışların, satış sonrası xidmətiləri də daxil olmaqla prosedur qaydalarına uyğun olaraq idarə edəcək.
- Satışın planlaşdırılması və icrası.
- Satış menecerlərinin təlimatlandırıması, hədəflərin təyin olunması
- Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak etmək
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
- Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq, əlaqələri inkişaf etdirmək, müştəri məmnuniyyətinin ölçülməsini təmin etmək

Namizədlər üçün tələblər:

İxtisas / Təhsil:

- Ali təhsilli
- Memarlıq və Dizayn bölümündən olan məzunlara üstünlük verilir.

Professional Biliklər:

- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramlarını mükəmməl bilmək
- Müştəri xidmətləri
- Satış üsulları

Professional Bacarıq və Kompetensiyalar:

- Pərakəndə satış sahəsində iş kariyerası və ən az 3 il iş təcrübəsi olan
- Mağaza və satış sahəsində kariyera planı olan
- İnteryer ve dizayn sahəsində yenilikləri və trendləri yaxından təqib edən
- İdarəetmə bacarıqları
- Liderlik
- Satış bacarıqları
- Ünsiyyətcil olmaq
- Həftə sonu çalışma əngəli olmayan

Əmək haqqı: 1000-1500 + Aylıq Bonus
E-mail: Samsung-022@mail.ru , e.gundogmus@lazzoni.com.tr



VAKANSİYA 9

Bakı Sığorta

Mühasib

Tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
• Acca Sertifikatları üstünlük
• Microsoft Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
• AR Vergi Məcəlləsini orta səviyyədə bilməli;
• Yaş 22-35
• Cinsiyyət: kişi

Vəzifə öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
• Bank əməliyyatının işlənilməsi
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:

• Əmək haqqı 800-1000
• İş vaxtı: 09:00–dan 18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;

E-mail: hr@bakisigorta.az



VAKANSİYA 10

“PAŞA Sığorta” ASC “Xaçmaz nümayəndəliyinin rəhbəri” vakansiyası elan edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi
• İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi
• Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi
• Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi
• Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması
• Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi

BİLİKLƏR:

• Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir

TƏCRÜBƏ:

• Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi
• Sığorta sahəsi üzrə müvafiq sertifikasiya və iş təcrübəsinə üstünlük verilir

BACARIQLAR:

• Ünsiyyət qurmaq bacarığı
• Dəqiqlik
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
• Mübahisəli məsələləri idarə etmək bacarığı
• Stressə davamlılıq
• İdarəetmə bacarığı

Son müraciət tarixi: 17 Sentyabr 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.



VAKANSİYA 11

Massi MMC

Baş mühasib

İcra edəcəyi iş:

- Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsüm və ayırmaların ödənilməsini təşkil edir
-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığ-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Daxili hesabatların hazırlanması və təqdim olunması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi orqanlarının daxil olan məktublarının nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Tələb olunan peşə - ixtisas səviyyəsi :

- Qadın namizədlər (30-45 yaş)
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Vergi məcəlləsini bilməli
- Məsuliyyətli və işində dəqiq
- Komandada işləmək bacarığı
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır

İş şəraiti :

- İş rejimi: həftə içi 6 gün, 9:00-19:00 –dək
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaqdır
- İş yeri: Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizənlər CV-sini Baş mühasib başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.



VAKANSİYA 12

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC yeni açılacaq Ağdam filialında aşağıda qeyd edilən vakansiyaları açıq elan edir:

- İnzibatçı;
- Anbardar;
- Satış məsləhətçisi;
- Kredit üzrə mütəxəssis;
- Əməliyyatçı;
- Xadimə;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq CV ilə müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/587-agdam+magazasinin+isci+heyeti


Bizi Facebook-da izləyin: INdexAzerbaijan