Bu şirkətlərə işçi lazımdır - VAKANSİYALAR

VAKANSİYA 1

Aqrar İnnovasiya və Təchizat Şirkəti
Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

Vəzifə: Korporativ Satış üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

- Ali təhsil (Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi)
- İş təcrübəsi: Korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması
- Yaş həddi - 27-40
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Sürücülük vəsiqəsi (B,BC kateqoriya )
- Liderlik keyfiyyətlərinə malik olmalı

İş şərtləri:

- Əmək haqqı: 1200 AZN + bonus.
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir.

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.



VAKANSİYA 2

Accountant (with payroll experience)

We are looking for Accountant with payroll experience.

Responsibilities:

• Payroll calculation for All Legal entities
• Opening of entrepreneurship bank account(Notary office, authorizing of signature, Obtaining of Notification about Tax Registration)
• Providing split of total income to entrepreneurship and employment parts;
• Calculation of associated taxes;
• Preparation and submission of quarterly SSPF and Simplified Tax Reports
• Preparation of VAT Reports
• Arrangement for consultant agreement;
• Invoice Issuance
• Provision of register to be attached to monthly bank payment orders;
• Filing of tax returns and SSPF reports for entrepreneurs.
• Payment of entrepreneurship income, as well as preparation of payment instructions to the bank;
• Liaison with the bank/employee on issues related to payment.

Salary: 1500-1800 AZN Net

Interested candidates should send their CVs noting their salary expectations to recruitment@ires.az indicating the title of position in the subject line of their message.
Otherwise your candidacy will not be considered.



VAKANSİYA 3

Azərşəkər LLC

Baş mühasib

Vəzifə ilə bağlı biliklər:

• Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
• Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır;
• Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
• Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
• Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
• Dövlət büdcəsinə məcburi ödəməli, Vergi, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
• Ayın bağlanmasını həyata keçirir;

Namizədə tələlər:

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzuolunandır;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)

Əlavə məlumat:

İş yeri: Zərifə Əliyeva prospekti 93, BEGOC Biznes mərkəzi, 4 – cü mərtəbə
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Maraqlanan şəxslər öz CV formalarını "Baş mühasib" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.



VAKANSİYA 4

Azsafety Production MMC

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Mal material uçotu və analizi
- Vergi hesabatının düzgün və vaxtında göndərilməsi;
- Sənədlərlə işləmə bacarığı;
- İstehsalat uçotunun aparılması;
- Daxili hesabatların hazırlanması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- İş qrafiki həftə içi 5 gün(saat 09:30-dan 18:00-dək);

Namizəddən tələblər:

- Qadın namizəd
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- İngilis dili orta bilməsi vacibdir. Rus dilini bilməsi arzu olunandır
- Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi
- Excel və 1C proqramında işləmək bacarığı
- Komandada işləmək bacarığ
- Vergi Məcəlləsini bilməli
- Məsuliyyətli və işində dəqiq
- Müstəqil işləmək bacarığı;
- Yaş : 25-45;

İş şəraiti:

- Həftə içi 5 gün (saat 09:30-dan 18:00-dək)
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı : 600-700 AZN

E-mail: b.axundov@azsafetypro.com



VAKANSİYA 5

EY Baku Office announces a new vacancy of a Junior Specialist in Performance Improvement and Finance Group, Consulting Services.

Please refer to the link EY | Jobs and Careers (yello.co) , then filter EY Office Location (Baku, Azerbaijan) in order to review available position and read detailed information about qualifications and experience required. All the interested candidates should submit their applications through the link, creating their personal profile beforehand.

Below we would like to highlight the key criteria for potential candidates:

• Students and graduates preferably majoring in the field of Economics, Business Administration, Manufacturing/Operations Management; Chemical Engineering can be also considered
• Excellent written and verbal knowledge of English, Azerbaijani and Russian
• Strong presentation, communication and analytical skills
• Proficiency in MS Office; Power BI knowledge is an advantage
• Ability to quickly adapt to new environment and work in different teams
• High level of motivation and drive to start a career in professional services

Apply now! Don’t miss an opportunity to become a part of a highly innovative Team offering a new level of excellence in business transformation programs and financial management!

The deadline for submission of applications is 25 August 2021.



VAKANSİYA 6

Global Management

Hüquqşünas

1. Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
2. Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
3. Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
4. Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
5. Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
6. Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
7. Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
8. Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
9. Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
10. Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

TƏLƏBLƏR:

- Təhsil dərəcəsi: Bakalavr
- Hüquq sahəsi, hüquqşünas
- Təcrübə: Sahə üzrə ən az 3 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
- Əmək haqqı: 600-800

E-mail: hr@management.az



VAKANSİYA 7

Vəzifə ; Satış Meneceri
İş yeri : Zaferoglu İnşaat, baş ofis

Namizədə dair tələblər:

- Cinsi : Xanım
- 1-3 il Satış sahəsində təcrübə mütləqdir
- Azərbaycan və rus dilində mükəmməl danışıq qabiliyyəti
- Kommunikativ, operativ, dəqiqlik
- Prezentasiya və kreativ təkliflərini hazırlanması (dizayn)
- Bazar təhlili və aktiv şəkildə korporativ müştərilərin axtarışı
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

Qeyd : Təmir və dizayn xidmətləri üzrə satış təcrübəsi arzu olunandır

İş barədə məlumat:

• Şirkətin təqdimatını və göstərilən xidmətlərin satış və marketing fəaliyyətlərini aparmaq
• Yeni müştəri portfeli yaratmaq və hal-hazırdakı müştərilərin davamlılığını təmin etmək
• İllik təyin olunan satış büdcə hədəflərinin çatılmasına nail olmaq
• Bazar təhlili və aktiv şəkildə korporativ müştərilərin axtarışı
• Tərəfdaşlar bazasının genişləndirilməsi
• İş ofis daxilidir

İş qrafiki:

- İş saatları 09:00 – 18:00 ( 5 gün )
- Şənbə günü 09:00 – 15:00

- Nahar fasiləsi: 13:00-14:00
- Əmək haqqı: 500 - 700 Azn + bonus

Uyğun namizədlərdən HR@zaferoglu.az elektron ünvanına mövzu yerinə “Satış Meneceri” yazaraq CV göndərmələri xahiş olunur.



VAKANSİYA 8

Kredit mütəxəssisi Bakı şəhəri (satış məsləhətçisi)

"PARABOKT" ASC Bakı şəhəri üzrə kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yalnız bəy namizədlər
- Lombard kreditləri üzrə portfelə malik olanalara üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "kredit mütəxəssisi" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

İş rejimi – həftə içi 1-6 günlər

Əmək haqqı 500-1000 manat

Əmək haqqının 2 misli qədər motivasiya



VAKANSİYA 9

Purple MMC

Satış təmsilçisi

Tələblər:

- Yaş həddi 22-35
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Ünsiyyətcil, mehriban, pozitiv olmaq
- Kollektivdə işləmə bacarığı
- İş təcrübəsi: Satış üzrə 3 il

Vəzifələr:

- Mağazada satış əməliyyatını prosedur əsasında həyata keçirmək
- Məhsul və xidmətlə əlaqədar müştəri suallarının cavablandırılması
- Mağazada yüksək xidmət səviyyəsini təmin və nəzarət etmək (təmizlik, səliqə, musiqi, paketləmə və s.);

İş şəraiti:

- 6 günlük növbəli iş həftəsi
- AR əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, ödənişli məzuniyyət
- Bonus sistemi
- Əmək haqqı qarşılıqlı razılaşma yolu ilə təyin ediləcəkdir

E-mail: purplehr@purple.az



VAKANSİYA 10

Universal Poliqraf

Mühasib köməkçisi

İş barədə məlumat

- Əməliyyatların 1C sisteminə daxil edilməsi
- E-qaimələrin göndərilməsi, qəbul olunan e-qaimələrə nəzarət olunması (sənədləşmə prosesinin dəqiq və düzgünlüyünə) və ödənişlərin müştəri bank vasitəsilə həyata keçirilməsi
- Sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Namizədə tələblər

- 1C 8.3 versiyanı bilməsi mütləqdir
- Əməliyyatları yerinə yetirərkən yaranmış problemlərin həll olunması
- Sənədlərin sistem üzərində düzgün şəkildə qeydiyyata alınması
- Uyğunsuzluq aşkar edilən kimi müvafiq şəxslərə məlumat vermək
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Gündəlik deadline-lara ciddi riayət
- Komandada işləmək bacarığı

Göstərilən tələblərə uyğun olan namizədlər CV formalarını muhasib@unipoligraf.az ünvanına ( “Mühasib köməkçisi” başlığı ilə) göndərə bilərlər.



VAKANSİYA 11

Biota

CRM Specialist

Duties:

- Build and manage client databases (updates and segmentation)
- Compile and communicate periodical performance reports
- Create and propose various loyalty activities
- Liaison with digital marketing and call center
- Supervise and analyze automated marketing campaigns

Requirements:

- Basic Marketing knowledge
- Advanced analytical skills
- Advanced interpersonal and communication skills
- Client-oriented thinking
- Fluent in Azerbaijani and Russian languages (Intermediate or Advanced level of English is an advantage)
- Advanced user of MS Office programs (Excel is priority)
- Experience with CRM-oriented software
- Competitive payroll
- 5-day working week
- Career development opportunity

Please send your CVs to hr@biota.az with the position title "CRM Manager" on the subject line



VAKANSİYA 12

Zaman Broker

Business Development Manager

Bazardakı ən yüksək qazanca zəmanət veririk!

Bacarıqlar:

- Geniş dünyagörüşü
- Diqqətçəkən nitq
- İş şəbəkəsinin genişlənməsi

İş Şəraiti:

- Sərbəst iş qrafiki
- Rəsmi əmək müqaviləsi
- Yüksək vəzifə

Tələblər:

- Dürüstlük
- Yüksək intellekt
- Çalışqanlıq
Çoxlu Satış
- 30 yaşdan yuxarı olması

Daha çox qazan, daha yaxşı yaşa!

Haqqımızda məlumat əldə etmək üçün: zamanbroker.com



Гарантируем Самый Высокий Заработок на рынке!

Умение:

- Широкий кругозор
- Красивый слог
- Создание деловых контактов

Условия работы:

- Свободный график
- Официальный контракт
- Высокая позиция

Требования:

- Честность
- Высокий интеллект
- Трудолюбие
- Много продаж
- Старше 30 лет

Зарабатывай Больше, Живи Лучше!

Информацию о нас можно найти: zamanbroker.com



We Guarantee the Highest Earnings on the Market!

Required Skills:

- Broad outlook
- Striking speech
- Widening business network

Working Conditions:

- Free schedule
- Official contract
- Senior position

Requirements

- Honesty
- High intelligence
- Diligence
- Many sales
- 30 years of age and older

Earn More, Live Better!

Information about us can be found: zamanbroker.com

E-mail: hr@zamanbroker.com



VAKANSİYA 13

“HERO Projects & Design” MMC Su təchizatı və kanalizasiya sistemləri üzrə LAYİHƏÇİ mühəndis vakansiyasını elan edir:

Əsas vəzifə və öhdəliklər:

- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su və kanalizasiya sistemlərini işlərini TAM LAYİHƏLƏNDİRMƏK; (SAHƏDAXİLİ VƏ BİNADAXİLİ)
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCAD
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı.

İş yeri:

Maryam Plaza
https://herogroup.az/
İş vaxtı: I-V günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, aşağıdakı elektron ünvana CV göndərə bilərlər:

heroprojectmmc@gmail.com



VAKANSİYA 14

Vəzifə: Baş sistem inzibatçısı
Şöbə: İnformasiya texnologiyaları
Tabeçilik: İT üzrə qrup meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan “PMD Hospitality” MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

- Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra edir;
- Şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və Şirkətdə məsul olduğu digər informasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətini təmin edir;
- Şirkətdə məsul olduğu əməliyyat sistemlərinin (Linux və Windows tipli), məlumat bazalarının idarəetmə sistemlərinin, anti-virus və antispam proqram təminatlarının, elektron poçt və digər funksional informasiya sistemlərinin istehsalçıları tərəfindən tövsiyə və təqdim olunan “patch” və “update”-lər daxil olmaqla yeni versiyalarının tətbiqində iştirak edir;
- Şirkətin informasiya sistemlərinin, məlumat bazalarının və server avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin edir, onlara müvafiq texniki və dəstək xidmətlərinin göstərilməsini həyata keçirir;
- Şirkətdə İT infrastrukturunun informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tələb olunan işləri və sazlamaları həyata keçirir;
- Şirkətdə yeni informasiya sistemlərini (tətbiqi proqram təminatları, məlumat bazalarını idarəetmə sistemlərini, əməliyyat sistemlərini və.s) və müvafiq server avadanlıqlarını quraşdırır, sazlayır və test rejimində sınaqdan keçirdikdən sonra istifadəyə verilməsini təmin edir;
- İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
- İnformasiya sistemlərinin və avdanlıqlarının sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
- İnformasiya sistemlərinin arxiv işlərini həyata keçirir, şirkətin daxili prosedurlarına uyğun olaraq informasiya sitemlərinin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təmin edir;
- İT menecerin göstərişləri əsasında məlumat bazalarının və əməliyyat sistemlərinin inzibatçılıq funksiyalarını yerinə yetirir və onlara texniki dəstək göstərir;
- Şirkətdə istifadə olunan proqram məhsullarına, serverlərə, məlumat bazalarına və kompüterlərə (ayrı-ayrılıqda və şəbəkədaxili) kompüter viruslarının daxil olmaması üçün müvafiq anti-virus sistemlərinin quraşdırılması, sazlanmasını və daim yenilənməsini həyata keçirir;
- İnformasiya sistemlərinin normativ-metodoloji bazasının təkmilləşdirilməsində iştirak edir;
- Məsul olduğu informasiya sistemlərində və ya avadanlıqlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
- Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
- Məsul olduğu informasiya sistemlərinin fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
- Şirkətin Əsas və Ehtiyat mərkəzlərindəki server otaqlarının və server otaqlarındakı iş şəratinin müvafiq standartların tələblərinə cavab verən şəkildə qurulmasını və daim səliqəli saxlanılmasını təmin edir;
- İT üzrə qrup menecerinin göstəriş və tapşırıqlarını yerinə yetirir;
- Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;

Namizədə tələblər:

- Ali təhsil;
- Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
- HP, İBM, Cisco kimi istehsalçıların “Server və Storage” avadanlıqları ilə işləmək bacarığı;
- Linux və Windows əməliyyat sistemlərində sərbəst işləmək bacarığı;
- Virtualizasiya sistemləri “VmWare ESXi” ilə sərbəst işləmək bacarığı;
- Oracle və MS SQL məlumat bazalarının idarəetmə sistemləri ilə işləmək bacarığı;
- İnformasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında geniş biliklərin olması;
- Microsoft Exchange server üzrə geniş biliklərin olması;
- Məxfilik qaydalarına riayət etmək;
- İnsanlarla ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Qrupun işlərini icra etmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta (ailə paketi);
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@pmdhospitality.az

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 avqust 2021-ci il



VAKANSİYA 15

INTERNATIONAL BOKT(Bank Olmayan Kredit Təşkilatı) QSC Astara şəhərində yerləşən filiallar üçün Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi vəzifələrinə işçi axtarışı elan edir.Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
– Əmək haqqı 400-800 AZN + motivasiya

Tələblər:

– Azərbaycan dili (Rus dili arzu olunandır);
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

E-mail: vakansiya@icu.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan