“Barselona”dan açıqlama: “Messi təzyiqlərdən uzaq durmağı seçdi”

“Barselona” klubu “İnter Mayami”yə getməyə qərar verən Lionel Messi ilə bağlı açıqlama yayıb.

İndex.az xəbər verir ki, açıqlamada “Barselona”nın Messiyə təklif etdiyi, lakin super ulduzun daha az təzyiq və tələbin az olduğu liqada oynamağı seçdiyi vurğulanıb.

“Bazar ertəsi, iyunun 5-də, Lionel Messinin atası və nümayəndəsi Xorxe Messi, “Barselona”dan təklif almasına baxmayaraq, oyunçunun “İnter Mayami”yə keçmək qərarı barədə kluba məlumat verdi. Prezident Laporta, Messinin son illərdə üzləşdiyi təzyiqdən və diqqət mərkəzindən uzaq, daha az tələbkar liqada yarışmaq qərarına hörmət etdi.