Image description

Yanvar ayının sonu ilə müqayisədə Fevral ayı ərzində cəmi ödəniş kartlarının sayı 166 min ədəd artıb. Yanvar ayında cəmi ödəniş kartlarının sayı 183 min ədəd artmışdı.

Fevralda sosial kartların sayı 35 min ədəd artaraq 3 milyon 449 min ədədə, əməkhaqqı kartlarının sayı 3 min ədəd artaraq 2 milyon 528 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 113 min ədəd artaraq 2 milyon 481 min ədədə, kredit kartlarının sayı isə 16 min ədəd artaraq 1 milyon 121 min ədədə çatıb.

Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdir.

2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.

2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.