"Kapital Bank" işçi axtarır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Lizinq üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer

Son tarix 2 dekabr 2021

Öhdəliklər:

Hüquqi şəxs və fərdi sahibkarlar üçün nəqliyyat vasitələrinin, avadanlıqların və s. əsas vəsaitlərin lizinqi məhsulu üzrə işin qurulması;

Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə bankın lizinq məhsullarına dair məlumatın verilməsi;

Müraciət ərizələrinin qəbulu, müştərilərin təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;

Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;

Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;

Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;

Portfelin keyfiyyətinə nəzarət edilməsi;

Lizinq məhsulu üzrə partnyorlarla işgüzar əməkdaşlığın qurulması və bu əlaqəlirin inkişafı edilməsi;

Müvafiq hesabatların hazırlanması.

Tələblər:

Ali təhsil;

Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

İşdə dəqiqlik və detallara fikir vermək;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Azərbaycan dilində sərbəst danışmaq və yazmaq bacarığı;

Müştərilərlə davranış etikası;

Korporativ dəyərlərə uyğun olmaq.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək https://hr.kapitalbank.az/ vakansiyamıza müraciət eləyə bilərsiniz.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT