"PAŞA Bank" işçi axtarır - VAKANSİYA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Vakansiya - Müştəri Meneceri (Zaqatala)

Əhatə dairəsi / Strateji öhdəlik:

Kiçik və Orta Sahibkarlıq Seqmentinə uyğun olan müştərilərə Bank məhsul və xidmətlərinin satışını təşkil etməklə qarşıya qoyulmuş satış hədəflərinə nail olmaq üçün, müştəri ilə Bank arasında münasibətləri idarə etmək və mövcud fürsətləri araşdırmaqla müştəri bazasının artımına nail olmağa məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi
Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması
Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması
Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi
Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi
Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi
Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq)
Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability
Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə

Tələb olunan iş təcrübəsi: 1-3 il
Xarici dillət: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları
Başqa tələblər: KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 30.11.2021-ci il tarixinədək email-in mövzu hissəsində “Müştəri Meneceri Zaqatala” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Namizədlər CV-ni recruitment@pashabank.az email ünvanına göndərə bilər

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT