"Kapital Bank"ın yeddi filialında - VAKANSİYALAR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Vakansiya: Müştərilərlə iş üzrə kiçik mütəxəssis (Balakən, Goranboy, Quba, Qusar, Şəmkir, Xaçmaz, İmişli)

Öhdəliklər:
Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir;
Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.
Tələblər:
Ali təhsil;
Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışmaq bacarığı
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Gərgin iş qrafikində işləmək bacarığı;
Əla ünsiyyət bacarıqları;
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan https://hr.kapitalbank.az qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Vakansiya: Pərakəndə kreditlərin monitorinqi şöbəsində mütəxəssis/aparıcı/baş mütəxəssis

Öhdəliklər:

Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;
Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;
Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;
Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək;
Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər:

Ali təhsil;
SQL üzrə biliklər;
Öhdəliklərin icrası üzrə minimum 2 il iş təcrübəsi;
Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
Dəqiqlik və detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə sahiblik;
Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Vakansiya: Onlayn xidmətlər bölməsində işəmuzd müqaviləsi əsasında kiçik mütəxəssis

Öhdəliklər:
Banka rəqəmsal kanallar (onlayn çat, sosial şəbəkələr, email və s.) vasitəsilə daxil olan müraciətləri vaxtında və düzgün cavablandırmaq;
Zəruri hallarda müştəri ilə zəng vasitəsilə əlaqə saxlamaq;
Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq və s.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
Kommunikasiya bacarığı;
Məntiqi düşüncə;
Müştərilər ilə iş təcrübəsi (arzuolunandır).
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan https://hr.kapitalbank.az qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT