"Kapital Bank"a işçi axtarılır - VAKANSİYA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Xaçmaz regional inkassasiya mərkəzi üzrə Böyük inkassator

Öhdəliklər:

Qəbul edilən nağd pul və digər qiymətlilərin təyinаtı üzrə təhlükəsiz daşınmasını və bankomatların inkassasiyasını həyata keçirmək;

Terminal şəbəkəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən bankomatlara texniki xidmət göstərilməsi zamanı nəzarət etmək;

Fövqəladə hadisə baş verdikdə təcili olaraq qiymətlilərin təhlükəsizliyi üçün şəraitə uyğun lazımi tədbirləri görmək;

Marşrut vaxtı təhlükəsizlik qaydalarına riayət etməklə avtomobilin hərəkət sürətinə, briqada üzvlərinin hərəkətlərinə, davranışlarına nəzarət etmək;

Fəaliyyətinə dair bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər:

Orta təhsil;

Azərbaycan dili biliyi;

Sürücülük vəsiqəsinə sahib olma;

Vətəndaş qüsursuzluğuna malik olma;

Həqiqi hərbi xidmətdə olma;

Silahdan istifadə etmə;

Fiziki, psixoloji, narkoloji sağlamlıq;

3 ildən gec olmayaraq tibbi müayinədən keçmə;

Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına, təhlükəsiz daşınmasına və bankomatların inkassasiyasına dair qaydaları bilmə və riayət etmə.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT