"Expressbank" işçilər axtarır

Vakansiya 1

Expressbank Pərakəndə Bankçılıq Departamenti, Erkən gecikmələrlə iş bölməsində mütəxəssis
Vəzifə öhdəlikləri:

- Ödənişi gecikən kreditlərin həlli istiqamətində səlahiyyətinə uyğun olaraq ödənişi həyata keçirməyən, ödəniş cədvəli üzrə ilk ödənişin etməyən və ya natamam ödəniş etmiş müştərilər ilə əlaqə qurur
- Nəzarətində olan müştərilərin gündəlik gecikmələrinə nəzarət edir
- Ödəniş müddətlərinin pozulmasının səbəblərini müəyyənləşdirir
- Müştərinin Bank qarşısında borc öhdəliyinin olması və ödəniş cədvəlinə uyğun olaraq növbəti ödənişin məbləği və tarixi barədə məlumatlandırmaq, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq növbəti ödənişlərin həyata keçirilməsinin zəruriliyini izah edir.
- Müştəriyə ödəniş üsulları və kanalları barədə məlumat verir

Vəzifəyə tələblər:

- Ali təhsil;
- Analoji sahədə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalı;
- Microsoft Office proqramları biliyi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabilliyyəti;

Müraciət etmək istəyən namizədlər öz CV-lərini müvafiq başlıq ilə cv@expressbank.az mail ünvanına göndərə bilər.

Vakansiya 2

Expressbank Girovların qiymətləndirilməsi və nəzarəti bölməsində mütəxəssis/aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

- Daxil olan sifarişlərin qiymətləndirilməsini təmin edir;
- Lombard kreditlərinin girovu təsdiq edilmiş monitorinq planlarınına uyğun icrasını təmin edir;
- Girovların planlaşdırılmış və plandankənar monitorinqinin keçirilməsində iştirak edir;

Vəzifəyə tələblər:

- Ali təhsil;
- Analoji sahədə ən azı 2 (iki) il iş təcrübəsinə malik olmalı;
- İstifadəçi səviyyəsində Microsoft Office proqramları biliyi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabilliyyəti;
- A.R Mülki Məcəlləsi, Vergilər Məcəlləsi, AR Mərkəzi Bankının normativ sənədlərinin tələblərini, A.R qiyətləndirmə haqqında qanunu, Milli Qiymətləndirmə Standartlarını (MQS), Beyəlxalq Qiymətləndirmə Standartlarını (BQS) eləcə də, bankdaxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini müvafiq başlıq ilə cv@expressbank.az mail ünvanına göndərə bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan