"Kapital Bank"a işçi axtarılır

Ümumi məlumat:

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə biznesə dəstək departamentinin Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər:

• Daxil olmuş şikayətləri, sorğuların və müraciətlərin araşdırılması, onların həlli üçün bankın adiyyəti struktur bölmələrinə yönəldib, statuslara nəzarət etmək və həmin müraciətlərin müvafiq təyin edilmiş müddətdə cavablandırılmasını təmin etmək.
• Bankın məhsulları üzrə daxil olmuş şikayətlərin həlli istiqamətində təkliflər vermək.
• Daxil olan şikayətləri qruplaşdıraraq müxtəlif yönümlü statistik hesabatlar hazırlamaq.

Tələblər:

• Bank sahəsində minimum 2 il təcrübə
• Müştəri ilə iş təcrübəsi minimum 1 il
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi arzuolunandır;
• Komanda tərkibində işləmə qabliyyəti
• Yüksək ünsiyyətqurma bacarıqları;
• Stressə davamlılıq və məsuliyyətllik;
• İşgüzar ünsiyyət və təhlil etmə bacarığı
• Qərar vermə bacarıqları
• Müştəriyə yönümlü olmaq
• Analitik düşünmə bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan