"Bank BTB" işçi axtarır

Bank “BTB” ASC Kreditlərə Nəzarət şöbəsi, Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş barədə məlumat:
1. Kredit memorandumlarının yoxlanılması;
2. Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
3. Kredit portfelinə dair hesabatların hazırlanması;
4. Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi

Namizədə tələblər:

∙ Ali təhsil (İqtisadiyyat, maliyyə);
∙ Bank sahəsində 2 il, biznes kreditləri sahəsində 1 illik iş təcrübəsi;
∙ Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
∙ MS Office (Word, Excel) proqramları üzrə yüksək biliklər;
∙ Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;
∙ Analitik təhlil qabiliyyəti;
∙ Stress altında işləmə qabiliyyəti, müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.09.2021-ci il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan