"AccessBank" mühasib axtarır - VAKANSİYA

Baş Mühasib / Mühasibat Departamentinin Direktor Müavini

Təsvir:

- Bankın mühasibat bölməsinin işinin effektiv şəkildə təşkili və idarəedilməsi;
- Bankın fəaliyyətinin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına, Mərkəzi Bankın normativ sənədlərinə, aidiyəti qanunvericiliklə tənzimlənən qaydalara, habelə bankın daxili siyasətinə əsasən əks etdirilməsinin təşkili və nəzarəti;
- Effektiv vergi uçotunun təşkili və nəzarəti;
- Vergi orqanlarına, Mərkəzi Banka və digər dövlət və qeyri-dövlət qurumlarına təqdim edilən hesabatların, analitik və statistik məlumatların düzgün tərtib və vaxtında təqdim edilməsini təşkili və nəzarəti;
- Dövlət büdcəsinə və digər dövlət orqanlarına məcburi ödəmələrin və ayırmaların hesablanması və köçürülməsi;
- Mövcud mühasibat prosedurlarının dövrü olaraq təkmilləşdirilməsi.

Tələblər:

- Ali iqtisadi tәhsil;
- Bank sektorunda rəhbər mühasib vәzifәsindә azı 2 illik, ümumilikdə mühasib vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
- Bank qanunvericiliyini bilməli;
- AR MB-nin normativ sənədlərini bilməli;
- AR Əmək, Vergi qanunvericiliyini bilməli;
- Bank mühasibat proqramları ilə iş təcrübəsi və digər aidiyyəti İT bacarıqlar
- Analitik düşüncəyə sahib olması;
- İdarəetmə bacarığı;
- Danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
- İngilis və rus dilləri bilməsi üstünlük təşkil edir.

Müraciət üçün: https://qlor.me/ksopo9ye

Bizi Facebook-da izləyin: INdexAzerbaijan