Bakı Fond Birjasında İKZF-nin 55 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 55 mln. manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İndex.az Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən İKZF-nin sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti bu ilin 2 avqust tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan