“AccessBank”da yeni TƏYİNAT

Rəşad Mirzəyev “AccessBank”da İT İnfrastruktur və Əməliyyatlar departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.

Bu barədə İndex.az-a “AccessBank”danməlumat verilib.

Məlumata görə, R. Mirzəyev bank sahəsində ümumilikdə 13 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2008-ci ildə “Rabitəbank”da İnformasiya Texnologiyaları departamentində başlayıb.

2013-2018-ci illərdə həmin departamentin Texniki dəstək şöbəsinin rəisi vəzifəsində işləyib.

“AccessBank” komandasına qoşulanadək isə “Rabitəbank”da İT İnfrastrukturu Departamentinin direktoru olub.

Rəşad Mirzəyev CİSCO və HP-in Madrid və Barselonada təşkil etdiyi beynəlxalq təlimlərin iştirakçısıdır.

Azərbaycan, İngilis və Rus dillərini bilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan