Bu bankların balans kapitalı azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar “Bank Avrasiya” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “Bank BTB”də (14,2%), ən az azalma isə “Bank Avrasiya”da (0,6%) qeydə alınıb.

Qalan 22 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (25,2%), ən aşağı dinamika isə “Günay Bank” ASC-də (0,6%) qeydə alınıb.

4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 479,631 milyon manat), “Kapital Bank” (563,327 milyon manat), “PAŞA Bank” (544,592 milyon manat) və “Xalq Bank” (436,815 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 17 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Renkinq.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan