"TuranBank" işçilər axtarır - VAKANSİYALAR

Vəzifə: Junior C# proqramçı.

Vakansiya üzrə tələblər:
1. Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
2. Obyekt yönümlü proqramlaşdırmanın əsasları
3. Relyasiyalı verilənlər bazası və verilənlərin strukturları barədə bilikər
4. Güclü alqoritm qurma bacarığı
5. C#, SQL, PL/SQL dilləri üzrə biliklər
6. Bank sistemi barədə biliklərin və təcrübənin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

1. Avtomatlaşdırılmış bank sistemi üçün əlavə funksional imkanların yaradılması
2. Mövcud proqram kodlarının optimallaşdırılması və yanlışlıqların aradan qaldırılması
3. Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi

Əmək haqqı: 500-800

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Junior C# proqramçı” yazmağı unutmayın.



Vəzifə: Junior Backend proqramçı

Tələblər:

1. Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
2. Java proqramlaşdırma dili üzrə biliklər
3. SQL, PL/SQL üzrə biliklər
4. Spring Boot freymvork bilikləri
5. RESTful servisləri üzrə biliklər
6. Uyğun sahədə iş təcrübənin olması üstünlükdür

Öhdəliklər:

1. Yeni sistemlərdə backend hissənin yaradılması
2. Mövcud sistemlərdə kodlarda olan yanlışlıqların aradan qaldırılması və kodların optimallaşdırılması
3. Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi
4. Komandanın iş ahənginə uyğunlaşma

Əmək haqqı: 500-800

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Junior Backend proqramçı” yazmağı unutmayın.



Vəzifə: Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis.

Vakansiya üzrə tələblər:

1. Texniki sahə üzrə ali təhsil;
2. 2 ildən artıq informasiya sistemlərində İT üzrə təhlükəsizlik sahəsində iş təcrübəsi;
3. Müvafiq beynəlxalq standartlar (ISO 27001-27002) üzrə biliklər
4. Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər.
5. Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər
6. SIEM , DLP, Vulnerability scanner, File integrity və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
7. Səlis Azərbaycan dili, texniki sənədləri tam qavrayacaq səviyyədə ingilis dili bilikləri
8. Məsuliyyətlilik, daim öyrənməyə, inkişafa meyllilik

Vəzifə öhdəlikləri:

1. Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
2. Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
3. Bankın kompüter şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sazlamaların aparılması
4. Təhlükəsizlik insidentləri zamanı insidentə adekvat tədbirlərin həyat keçirilməsi
5. Məlumat təhlükəsizliyi üzrə müvafiq standartların tətbiq edilməsi
6. Məlumat təhlükəsizliyi üzrə bankdaxili qaydaların təkmilləşdirilməsində iştirak

Əmək haqqı: 1500 - 2000 AZN

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumat təhlükəsizliyi” yazmağı unutmayın.



Vəzifə: Middle IOS proqramçı

Vakansiya üzrə tələblər:

1. Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
2. IOS platformasında ən azı 1 il iş təcrübəsi
3. AppStore-da istifadəyə verilmiş ən azı bir mobil tətbiqin olması
4. SWIFT proqramlaşdırma dili üzrə biliklər
5. OOP, Apple dizayn prinsipləri üzrə biliklər
6. MVVM, MVC dizayn prinsipləri barədə biliklər
7. REST API-larla iş təcrübəsi
8. Texniki sənədləri anlayacaq qədər ingilis dili bilikləri

Vəzifə öhədlikləri:

1. Mövcud mobil tətbiqə yeni funksional imkanların əlavə edilməsi
2. Mövcud mobil tətbiqdə olan yanlış kodların düzəldilməsi yaxud kodların optimallaşdırılması
3. Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi
4. Dövri olaraq mobil tətbiqin yenilənməsi və AppStore-da yayınlanması
5. Komandanın iş ahənginə uyğunlaşma

Əmək haqqı: 1800-2000 (biliklərdən asılı olaraq dəyişir)

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “IOS Proqramçı” yazmağı unutmayın.



Vəzifə: Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi

Tələblər:

1. Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
2. Windows 10 əməliyyat sisteminin quraşdırılması, sazlanması üzrə biliklər
3. Periferik avadanlıqların (printer, skaner və sair) qoşulması, sazlanması
4. Mövcud kompüterlərin şəbəkəyə qoşulması, sazlanması
5. Mövcud texniki sənədlər və əlavə kitablar oxuyub başa düşə biləcək səviyyədə ingilis dili bilikləri
6. Windows server əməliyyat sistemləri üzrə biliklərin olması üstünlükdür
7. Məsuliyyətlilik, öyrənməyə meyllilik
8. Təcrübə mütləq deyil.

Öhdəliklər:

1. İstifadəçi kompüterlərinin quraşdırılması, sazlanması
2. İstifadəçilərin müraciətlərinin qəbul edilməsi və kiçik nasazlıqların aradan qaldırılması
3. Müxtəlif sistemlərin o cümlədən təcili pul köçürmələri sistemlərinin sazlanması
4. Fərdi inkişaf üçün əməliyyat sistemlərini dərindən öyrənmək

Əmək haqqı: 500-800 AZN.

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Texniki dəstək” yazmağı unutmayın.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan