Image description

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 61,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.

Beləliklə, iyun ayı ərzində yerli banklara ilk 7 hərracda 320,6 milyon dollar satılıb. May ayında isə cəmi 6 valyuta hərracı gerçəkləşmişdi, bunun da ümumi satış həcmi 312,8 mln. dollar idi.

Bizi Telegram-da izləyin: t.me/indexaz