Image description

“Expressbank” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.

 

Yığıncaqda qəbul olunan qərara əsasən, Müşahidə Şurasına yeni sədr və bir üzv seçilib.

 

Əfqan Cavadov Müşahidə Şurasının sədri, Ələsgər Məmmədəliyev isə Müşahidə Şurasına üzv seçilib. 

 

Səhmdarlar tərəfindən təsdiqlənən hər iki təyinatı Azərbaycan Mərkəzi Bankı nəzərə alıb.

 

Əfqan Cavadov bu vəzifədə Vaqif Davudovu əvəzləyib.

 

Əfqan Cavadov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Institutun “Mühasibat uçotu və Audit” fakültəsini bitirib. İş fəaliyyətinə 1999-cu ildən mühasib kimi başlayıb və müxtəlif şirkətlərdə çalışaraq baş direktorun müavini vəzifəsinədək yüksəlib. 2020-ci ilin martın 6-dan bankın Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

 

Ələsgər Məmmədəliyev 1 noyabr 1958-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olub. 1980-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Universitetinin “İqtisadiyyatın təşkili” fakültəsini bitirib. 2007-ci ildən “Azenco Group”da baş mühasib və baş direktorun maliyyə işləri üzrə müavini vəzifələrində çalışır.