Image description

Bu il mayın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 19 milyard 017,1 milyon manat təşkil edib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,4 % az, ilin əvvəlinə nisbətən 1,1 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8% çoxdur.

Aprelin sonuna bankların xalis daxili aktivləri 10 milyard 736,8 milyon manat olub ki, bu da, mayın sonu ilə müqayisədə 5,3%, ilin əvvəlinə nisbətən 3,5 %, illik müqayisədə isə 26,4% çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz