Bakıda Fintex Sammiti keçiriləcək

Mayın 15-16-də Bakıda növbəti Fintex Sammiti keçiriləcək.

İndex.az xəbər verir ki, builki sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr ediləcək.

Bu il sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarət olacaq. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışların olacağı gözlənilir.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda müxtəlif ölkələrdən 45 məruzəçi dinamik inkişaf edən bank-maliyyə, fintex və texnologiyalar barədə çıxış və təqdimatlar edəcək.