![Baffet BofA-dakı səhmlərini 10%-dən aşağı salıb](https://index.az/wp-content/uploads/2023/07/warren-buffett-IG7f_cover.jpg-1.webp)
Milyarder investor Uorren Baffetin şirkəti “Berkshire Hathaway” bu həftə “Bank of America”nın (BofA) səhmlərini sataraq, ABŞ-ın bank nəhəngində payını 10%-dən aşağı salıb.
İndex.az xəbər verir ki, iyulun ortalarında başlayan bu satışlar “Berkshire Hathaway”ə BofA-ya yatırdığı investisiyadan təxminən 10,5 milyard dollar qazanmağa kömək edib.
BofA, Baffetin bu yaxınlarda atdığı yeganə səhm deyil.
“Berkshire” bu ilin əvvəlində texnologiya nəhəngi “Apple”dəki payını da yarıya endirib.