BƏƏ-dən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 172% artıb

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2023-cü ilin ilk rübündə $54.34 mln. investisiya yatırıb.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da illik müqayisədə 172% artım deməkdir.

2022-ci ilin eyni dövründə Azərbaycan iqtisadiyyatına BƏƏ tərəfindən investisiya yatırımının həcmi $20 mln. idi.

Cəm olaraq isə Azərbaycan iqtisadiyyatına investisiya yatırımının həcmi $1.5 mlrd. olub.