
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdən ixrac edilən məhsullar üzrə 100 % həcmində logistika subsidiyası tətbiq ediləcək.
İndex.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib
Onun sözlərinə görə, Azərbaycanda logistikanın subsidiyalaşdırılması ilə bağlı yeni mexanizm yaradılır: “AZPROMO hazırda yeni mexanizmlərin yaradılması üzərində işləyir. Bu istiqamətdə bu il təsdiqlənməsi gözlənilən logistikanın subsidiyası mexanizimdir”.
O qeyd edib ki, bu çox önəmli bir mexanizmdir: “Bu mexanizm qeyri-ənənəvi bazarlara tətbiq ediləcək dəstək mexanizmdir. Bu mexanizm çərçivəsində logistikanın 75 %-nə qədər subsidiyalaşdırılması nəzərdə tutulur, işğaldan azad edilmiş ərazilərdən ixrac edilən məhsullar üzrə isə 100 % həcmində subsidiyalaşma tətbiq ediləcək”.