“Azəriqaz” media və QHT-lərlə növbəti görüş keçirəcək

Sabah – 31 mart saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.