Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.

Son nəticədə xarici ticarətdə 722,93 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,1 dəfə azdır.