Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 16%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 122 min 286,13 ton həcmində neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 56 milyon 725,71 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 16,3 % çox, dəyəri isə 9,7 % azdır.

Ötən üç ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,89 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.