Azərbaycanın dövlət büdcəsinin profisitinin ÜDM-nin 4,8 %-i səviyyəsində proqnozlaşdırılır

Azərbaycanın dövlət büdcəsinin profisiti 2022-ci ildəki ÜDM-in 6 %-i səviyyəsindən 2023-cü ildə 4,8 %-ə düşəcək.

İndex.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.

Agentlik bu göstəricinin 2024-cü ildə ÜDM-in 4,2 %-i səviyyəsinə düşəcəyini gözləyir.

“Büdcə gəlirlərinin 27 % artması sayəsində 2022-ci ildə dövlət büdcəsinin profisiti 2 faiz bəndi artaraq ÜDM-in 6 %-nə (2020-ci ildəki 6,5 %-lik kəsirlə müqayisədə) çatıb. Xərclər 2022-ci ildə 14,5 % artıb ki, bu da (37 %-lik deflyatorla dəstəklənən) ÜDM-in nominal artımından xeyli aşağıdır. Bununla belə, qeyri-enerji büdcənin kəsiri qeyri-enerji ÜDM-inin 22,7 %-nə enərək büdcənin 25 %-lik hədəf göstəricisini üstələyib”, – “Fitch” qeyd edir.