Azərbaycanda viski və konyak istehsalı 3 dəfə artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 9,3 min dkl viski və konyak istehsalı istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.

Belə ki,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə viski və konyak  istehsalı 200% (3 dəfə) və ya 6,2 min dkl artıb.

2022-ci ilin yanvar fevral-aylarında bu göstərici 3,1 min  dkl təşkil edib.

01.03.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 29,9 min dkl təşkil edib.