Azərbaycanda ÜDM 4% artacaq – PROQNOZ

Azərbaycan Mərkəzi Bankı bu il üçün Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımını 3,5-4% səviyyəsində proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, gələn il artımın 3% olacağı gözlənilir.

T.Kazımov qeyd edib ki, eyni zamanda 2025-ci ildə qeyri-neft ÜDM-in artımı 5-6% səviyyəsində proqnozlaşdırılır.