Azərbaycanda elektrik enerjisi istehsalı 8% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 129,3 milyon kVt/saat olub.

İndex.az bu barədə Energetika Nazirliyinin 2024-cü ilin I rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 626,9 milyon kVt/saat və ya 8,08 % azalıb.

Bu ilin mart ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 442,9 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 136,4 milyon kVt/saat və ya 5,29 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 7 milyard 756,2 milyon kVt/saat, həmçinin mart ayında 2 milyard 579,3 milyon kVt/saat təşkil edib.