
Bu ilin aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 809,2 min təşkil edib.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,3 % çoxdur.
Yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin sayı 2,9 % artaraq 54,4 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 % artaraq 220,3 min olub.