“Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropanı qazla təmin edən ilk ölkələrdən biridir”

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır.

İndex.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbulu zamanı deyib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.