
Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyon 11 min 561,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 3 milyard 336 milyon 653,5 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2024-cü ilin birinci rübü ilə müqayisədə 7,3 % çox, dəyəri isə 4,4 % azdır.
Ötən üç ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 52,25 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.