Azərbaycan elektrik enerjisi idxalını 41%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 44,3 milyon kVt/saat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin ilk rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Məlumata əsasən, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 13 milyon kVt/saat və ya 41,5 % çoxdur.
Ötən üç ay ərzində ölkədə elektrik enerjisinin ixracı 360,3 milyon kVt/saat olub. Bu da 2023-cü ilin ilk üç ayının göstəricisi ilə müqayisədə 878,6 milyon kVt/saat və ya 3,4 dəfə azdır.

Bu ilin mart ayında Azərbaycanda elektrik enerjisinin ixracı elektrik 263,1 milyon kVt/saat və ya 2,9 dəfə azalaraq 139,8 milyon kVt/saat təşkil edib. Ötən ay Azərbaycanda ərzində elektrik enerjisinin idxalı 11,8 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 1,6 milyon kVt/saat və ya 15,7 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 31,3 milyon kVt/saat, ixracı isə 1 milyard 238,9 milyon kVt/saat olub. Ötən ilin mart ayı ərzində isə ölkədə elektrik enerjisinin idxalı 10,2 milyon kVt/saat, ixracı isə 402,9 milyon kVt/saat təşkil edib.