Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində əməkdaşlığa dair müzakirələr aparıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Denis Frensis ilə görüşdük. Azərbaycan-BMT əlaqələrinin müxtəlif platformalarda inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası,istiqamətində əməkdaşlığa dair faydalı müzakirələr apardıq”,- nazir qeyd edib.