“Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) 2024-cü ildə investisiyalarını 26% artırıb.
İndex.az xəbər verir ki, AYİB bu artımdan sonra investisiyaların 16,6 milyard avroya (17,1 milyard dollar) çatacağını açıqlayıb.
Bank tərəfindən yayılan məlumatlarda bildirilib ki, bu artım Ukraynada layihələrin və yaşıl maliyyələşdirmənin artması hesabına baş verib.
AYİB ötən il maliyyələşdirdiyi 584 layihənin 75%-dən çoxunun özəl sektora aid olduğunu açıqlayıb.
Bundan əlavə, AYİB-dən başqa digər mənbələrdən investisiyaların ümumi həcmi 26,7 milyard avroya çatıb.