Asiya fond bazarları ucuzlaşıb

“Wall Street”də bazar mitinqinin dayanması ilə Asiya bazarları yenidən dəyər itirib.

İndex.az xəbər verir ki, Yaponiyada “Nikkei 225” ucuzlaşarkən, “Topix” sabitliyini qoruyub.

Cənubi Koreyada “Kospi” 0,29%, “Kosdaq” isə 0,21% ucuzlaşıb.

Honkonqun “Hang Seng” indeksi 0,82% azalıb.

Çində “Şanxay Kompozit” indeksi 0,15%, “Şenzen Komponent” indeksi isə 0,41% itirib.

ABŞ-ın “S&P 500” və “Nasdaq Kompozit” indeksləri müvafiq olaraq 0,38% və 1,29% ucuzlaşdığı halda, “Dow Jones” indeksi isə 0,27% bahalaşıb.